Fransanın qərbindəki Nant şəhərinin Port-Boyer məhəlləsində baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, yaralılar və ölənlər 13-15 yaş arası yeniyetmələrdir.
Cinayətkarlar hadisə yerindən qaçıblar.
Qəzetin qeyd etdiyi kimi, bu, ilin əvvəlindən bəri Nantda baş verən 26-cı atışmadır.