AZ

Tramp Çindən qayıtdıqdan sonra İrana zərbələri bərpa edəcək

ain.az, Azpost saytına istinadən bildirir.

ABŞ prezzidenti Tramp Çindən qayıtdıqdan dərhal sonra İrana yeni zərbələr endirmək əmri verə bilər.

Azpost.info bildirir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Al Hadath telekanalının məlumatına görə, ABŞ artıq bu ehtimal barədə İsraili məlumatlandırıb və Təl-Əviv hərbi əməliyyatların yenidən başlamasına və Tehranın mümkün cavabına hazırlaşır.

Xəbərlərə görə, İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının nümayəndələri son günlərdə İranın yanacaq və enerji infrastrukturuna zərbələr endirməyi müzakirə ediblər.

Məqsəd Tehrana təzyiqi artırmaq və onu Vaşinqton üçün daha əlverişli şərtlərlə nüvə danışıqlarına qayıtmağa məcbur etməkdir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
13
azpost.info

10Mənbələr