Taksilər avtobus zolağına daxil ola biləcək? - AYNA sədri AÇIQLADI
Ajans.az xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. Onun sözlərinə görə, taksilərin avtobus zolaqlarından istifadəsi bir çox ölkədə müzakirə olunan mövzudur: “Açıq deyim ki, hazırda biz bu məsələni gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının prioritet olmasıdır. Əgər avtobusların qrafiki təmin edilməsə, digər tədbirlərin heç bir mənası qalmır. Məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən sərnişin avtobusa rahat və vaxtında minə bilsin. Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək, şəxsi avtomobilə və ya taksiyə yönələcəklər”.