Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti və Yəmən husiləri (Ənsərullah) münaqişənin başlanğıcından bəri ən böyük əsir mübadiləsi barədə razılığa gəliblər.
Moderator.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Razılaşmaya hər iki tərəfdən 1600-dən çox məhbusun azad edilməsi daxildir.
Danışıqlar BMT-nin dəstəyi ilə baş tutub. Mübadiləyə əlavə olaraq, razılaşma tərəflər arasında əlavə danışıqların aparılmasını və məhbusların saxlanma yerlərinə qarşılıqlı səfərləri nəzərdə tutur.