Azərbaycan-Bolqarıstan əməkdaşlığı müzakirə edilib
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. "Müzakirələrdə enerji təhlükəsizliyi, yaşıl keçid, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiyalar və akademik tərəfdaşlıq sahələrində Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanlarına diqqət yetirilib, eyni zamanda əlaqəlilik və enerji dayanıqlılığının daha geniş regional ölçülərini araşdırılıb", - məlumatda qeyd olunub. Görüş 2026-cı ildə keçirilməsi planlaşdırılan "Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid" mövzusunda yüksəksəviyyəli tədbir üçün hazırlıq platforması rolu oynayıb.