AZ

ABŞ İsrailə Qəzzada döyüşlərin bərpasına icazə verməyəcəyini çatdırıb

Vaşinqton HƏMAS-a qarşı yeni əməliyyatların regiondakı vəziyyəti daha da gərginləşdirəcəyini düşünür...

ABŞ administrasiyası İsrail rəhbərliyinə Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasına imkan verməyəcəyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Axios məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi son günlərdə HƏMAS mövqelərinə qarşı hücum əməliyyatlarının bərpası variantını Vaşinqtonla müzakirə edib. Lakin ABŞ rəsmiləri belə addımın “kontrproduktiv” olacağını bildirərək, bunun regionda vəziyyəti daha da ağırlaşdıra biləcəyini vurğulayıblar.

Mənbələrin sözlərinə görə, Ağ Ev hazırkı mərhələdə atəşkəs rejiminin qorunmasını və danışıqlar prosesinin davam etdirilməsini prioritet hesab edir. Vaşinqton hesab edir ki, genişmiqyaslı əməliyyatların yenidən başlaması humanitar böhranı dərinləşdirə və Yaxın Şərqdə yeni eskalasiya dalğasına səbəb ola bilər.

Bildirilib ki, ABŞ administrasiyası xüsusilə girovların azad edilməsi, humanitar yardımın çatdırılması və vasitəçilər vasitəsilə aparılan diplomatik təmasların davam etdirilməsində maraqlıdır. Vaşinqton bu məqsədlə region ölkələri və beynəlxalq tərəfdaşlarla fəal məsləhətləşmələr aparır.

Analitiklər qeyd edirlər ki, ABŞ ilə İsrail arasında Qəzza məsələsində taktiki yanaşma fərqləri zaman-zaman üzə çıxsa da, tərəflər strateji əməkdaşlığı davam etdirirlər. Bununla belə, Vaşinqton hazırkı mərhələdə hərbi eskalasiyanın qarşısını almağa üstünlük verir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr