Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Amerika istehsalçısı "Boeing"dən 200 təyyarə alacağını bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
"Bu gün o, bir şeylə razılaşdı: o, 200 təyyarə sifariş edəcək ki, bu da Boeing üçün çox vacib bir hadisədir. 200 böyük layihə. Bu, çoxlu iş yeri deməkdir. Boeing 150 istəyirdi, amma 200-ü aldı", - deyə Tramp bildirib.
Qeyd olunur ki, ABŞ prezidentinin Çinə səfəri zamanı onu Boeing şirkətinin baş direktoru Kelli Ortberq müşayiət edib.