AZ

ABŞ Senatı İranla müharibənin dayandırılması ilə bağlı qətnaməni rədd etdi


ABŞ Senatı yeddinci dəfə ABŞ administrasiyasına İrana qarşı hərbi əməliyyatları dayandırmağı əmr edəcək qətnaməni rədd edib. 
Yeniavaz.com
xəbər verir ki, qanunverici orqanın yuxarı palatasında keçirilən səsvermə C-SPAN kanalında yayımlanıb.
Qətnamənin lehinə 49 qanunverici, əleyhinə isə 50 nəfər səs verdi. Qətnaməni dəstəkləyənlər arasında hakim Respublikaçılar Partiyasının üç üzvü olub. Onlar Rand Paul (Kentukki), Lisa Murkovski (Alyaska) və Syuzan Kollins (Men). Əleyhinə səs verən yeganə demokrat Con Fetterman (Pensilvaniya) olub.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başladılar. 7 apreldə ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
Seçilən
45
yeniavaz.com

1Mənbələr