AZ

Çin 200 Boeing təyyarəsi sifariş etməyi planlaşdırır - Tramp

Çin Vaşinqton və Pekin arasında danışıqlardan sonra Amerikanın Boeing şirkətindən 200 təyyarə sifariş etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Fox News-a verdiyi müsahibədə açıqlayıb.

"Biz çox şey müzakirə etdik, sadalamaq üçün çox şey. Çox yaxşı görüş keçirdik və onlardan bəzi şeylər əldə etdik. Bu gün qəbul etdiyi qərarlardan biri 200 təyyarə sifarişi idi. Bu, böyük bir şeydir", - deyə Tramp bildirib.

"Boeing 150 təyyarə gözləyirdi və 200 təyyarə aldı. Bu, çoxlu iş yeri deməkdir. Bu, bir növ bəyanat idi, amma düşünürəm ki, bu, bir öhdəlik idi", - deyə Amerika prezidenti əlavə edib.

Seçilən
13
ucnoqta.az

1Mənbələr