AZ

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Daşkənddə keçirilən "WTT Youth Contender" turnirinin mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, U-13 kateqoriyasında yarışan idmançı yaşıdları arasında üçüncü yeri tutub.

Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan seçmə komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb.

Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
5
azertag.az

6Mənbələr