AZ

Həmin dövrdə mən... Sinem Kobal Kenana olan sevgisindən danışdı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sinem Kobal və Kenan İmirzalıoğlu evliliklərinin 10-cu ildönümünü qeyd ediblər.Demokrat.az xəbər verir ki, 2016-cı ildə ailə quran məşhur cütlüyün iki qız övladı var — Lalin və Leyla. Sinem Kobal ildönümü münasibətilə sosial media hesabında toy günündən romantik fotolar paylaşaraq həyat yoldaşına sevgisini ifadə edib.

Sinem Kobal həyat yoldaşı Kenan İmirzalıoğlu ilə tanışlıq hekayəsindən danışarkən münasibətlərinin necə başladığını belə təsvir edib:

“İkimiz də aktyor olduğumuz üçün əvvəllər mükafat mərasimlərində bir neçə dəfə qarşılaşmışdıq. Amma ilk dəfə bir dostumuzun Yeni il tədbirində uzun söhbət etdik. Kenanın çox güclü aurası var idi. Həmin dövrdə mən sevgi axtarışında olmadığım üçün əvvəlcə hisslərimi tam anlaya bilmədim. Sonra Kenanın məni daha yaxından tanımaq istəyi və göstərdiyi diqqət hər şeyi dəyişdi. Bir-birimizə aşiq olduğumuz anlara şahidlik etmək çox dəyərli idi.”

Aktrisa açıqlamasında “ruh əkizini tapmağın böyük şans olduğunu” vurğulayaraq münasibətin davam etməsi üçün qarşılıqlı əmək və anlayışın vacibliyini qeyd edib.Leyla

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
2
demokrat.az

3Mənbələr