AZ

Hərbi kəşfiyyatda qalmaqal: agent qadın əsgərə görə ordudan qovuldu

ABŞ ordusunun əsgəri Cənubi Koreyada xidmət etdiyi hərbi bazada qadın hərbçiyə qarşı seksual zorakılıq və hücum ittihamı ilə 17 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, Seuldan təxminən 64 kilometr cənubda yerləşən Camp Humphreys hərbi bazasında xidmət edən 29 yaşlı Antonio Pinero-Santana hərbi məhkəmənin qərarı ilə təqsirli bilinib.

501-ci Hərbi Kəşfiyyat Briqadasında əks-kəşfiyyat agenti kimi çalışan Pinero-Santana barədə hökm aprelin 30-da dörd gün davam edən hərbi tribunalın ardından çıxarılıb.

Hakim Mitçell Herniak onu rütbəcə aşağı salaraq birinci dərəcəli əsgər statusuna endirib və uyğunsuz davranış səbəbi ilə ordudan dərhal uzaqlaşdırılması barədə göstəriş verib.

Hərbi prokurorların iddiasına əsasən, Pinero-Santana aylarla qadın əsgərə "romantik təkliflər" edib və rədd cavabı almasına baxmayaraq israrını davam etdirib. Bildirilir ki, o, 2024-cü il dekabrın 8-də qadına Instagram vasitəsilə şəxsi görüş təklifi göndərib.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr