Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir .
Publika.az xəbər verir ki, şirkət 2025-ci ildə müştəri təcrübəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın rəqəmsal transformasiyasında mövqeyini möhkəmləndirib
Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.
Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.
Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə “DigiMax” tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.