Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sakit Okean Donanması Böyük Pyotr Körfəzi sularında aparılan araşdırma zamanı 1906-cı ildə minaya düşərək batan bir buxar gəmisi aşkar edib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti məlumat verib."Sakit Okean Donanması tərəfindən Böyük Pyotr Körfəzi ərazisinin araşdırılması zamanı dənizin dibində uzanmış bir gəmi aşkar edilib. İlkin məlumatlara görə, bu, 1906-cı ildə Vladivostoka yaxınlaşarkən minaya düşən "Knyaz Qorçakov" paroxodudur", - deyə açıqlamada bildirilir.Qeyd edilib ki, Hidroqrafiya Xidmətinin mütəxəssislərini daşıyan "Antarktida" hidroqrafik tədqiqat gəmisinin heyəti Sakit Okean Donanmasının axtarış ekspedisiyası planı çərçivəsində "Dəniz İnsanları" fondunun nümayəndələri ilə birlikdə batmış obyektin tədqiqatını aparıb. Gəminin qəzası ilə bağlı mövcud arxiv məlumatlarına əsasən, tapıntının ölçüsü və forması "Knyaz Qorçakov" paroxoduna bənzəyir. Tədqiqat müasir pilotsuz televiziya avadanlıqlarından istifadə etməklə davam etdiriləcək.Xatırladaq ki, 18 may 1906-cı ildə Odessadan Vladivostoka yaxınlaşarkən, Askold adası yaxınlığında, "Knyaz Qorçakov" paroxodu dəniz minasına dəyib. Partlayış nəticəsində gövdənin burnunda dəlik yaranıb. Ekipajın gəmini xilas etmək cəhdləri uğursuz olub və "Knyaz Qorçakov" qısa müddət sonra batıb. Bütün heyət xilasetmə qayıqlarında gəmini tərk etməyi bacarıb. Aygün
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.