AZ

Avropa Komissiyası Rumıniyaya 2,6 milyard avrodan çox vəsaitin ayrılmasını təsdiqləyib

Avropa Komissiyası Rumıniyaya 2,62 milyard avro ayıracaq.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.

"İslahatlar sahəsindəki səyləriniz mükafatlandırılıb. Bu gün biz Bərpa və Dayanıqlılıq Mexanizmi çərçivəsində Rumıniyaya 2,62 milyard avronun ayrılmasına dair dördüncü sorğunun müsbət ilkin qiymətləndirməsini təsdiqlədik. Rumıniya 38 aralıq tapşırığı və 24 hədəf göstəricisini qənaətbəxş yerinə yetirib", - o qeyd edib.

Seçilən
14
far.az

1Mənbələr