AZ

Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin məşqçilər heyətində mövsümün sonunda ciddi dəyişikliklər olacaq.

QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi Lorenso Buenaventura mövsüm başa çatdıqdan sonra klubdan ayrılacaq. O, artıq 15 ildir baş məşqçi Xosep Qvardiola ilə birlikdə çalışır.

İtaliyalı mütəxəssis 2009-cu ildə “Barselona”da Qvardiolanın məşqçilər korpusuna qoşulub, daha sonra onunla birlikdə “Bavariya” və “Mançester Siti”də fəaliyyət göstərib. Bildirilir ki, Buenaventuranın cavabdeh olduğu fiziki hazırlıq Qvardiolanın oyun fəlsəfəsinin əsas elementlərindən biri sayılır.

Məlumata görə, 63 yaşlı məşqçinin gedişi Qvardiolanın gələcəyi ilə bağlı müəyyən siqnal kimi də qiymətləndirilir. Belə ki, ispaniyalı çalışdırıcı hələ də mövcud müqaviləsinin son ilində komandada qalıb-qalmayacağı barədə yekun qərar verməyib.

Seçilən
78
1
teleqraf.com

2Mənbələr