1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” ölkədə aparıcı maliyyə təşkilatlarından biridir və kənd təsərrüfatı sahəsində sahibkarlara dəstək göstərir. Bu günlər qurum ölkədə aqrar sığorta təminatlı kredit məhsulu ilə innovativ yanaşmaya görə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFO) tərəfindən mükafata layiq görülüb. Mükafat AMFA-nın 18-ci İllik Təltif Şam Ziyafəti çərçivəsində təqdim olunub. Tədbirdə qeyd edilib ki, bu uğur FINCA komandasının peşəkar fəaliyyəti, müştərilərin etimadı və innovativ həllərə sadiqliyin nəticəsidir.
“FINCA Azerbaijan” ölkədə fəaliyyət göstərən BOKT-lar (Bank Olmayan Kredit Təşkilatı) arasında aqrar sığorta təminatlı kredit məhsulu təqdim edən ilk və yeganə təşkilatdır. Məhsul bitkiçilik və tərəvəzçilik fəaliyyəti ilə məşğul olan, həmçinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlər üçün nəzərdə tutulub.
AMFA-nın mükafatı məhsul çərçivəsində tətbiq olunan innovativ yanaşma və müştəriyönümlü həllərə görə verilib. Sürətli rəsmiləşdirmə prosesi və əlverişli ödəniş şərtləri fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. “FINCA Azerbaijan” aqrar sığorta ilə inteqrasiya olunmuş kredit məhsulları vasitəsilə fermerlərin təbii fəlakətlərdən qorunmasına və əməyinin təhlükəsizliyinə dəstək olur. Məhsul Aqrar Sığorta Fondu (ASF) ilə əməkdaşlıq çərçivəsində əlavə təminat da təqdim edir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan