AZ

İlin 3 ayında yanğınlarda 13, partlayışlarda 2 nəfər ölüb

2026-cı ilin I rübü ərzində respublika ərazisində 33 partlayış hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Bu, 2025-ci ilin I rübü ilə müqayisədə 15 hadisə və ya 83% çoxdur. Partlayışlar zamanı 2 nəfər ölüb, 44 nəfər xəsarət alıb.

Həmin müddətdə baş verən yanğın hadisələri zamanı isə 13 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Bu, 2025-ci ilin I rübü ilə müqayisədə yanğından ölənlər üzrə 3 nəfər və ya 19%, xəsarət alanlar üzrə 12 nəfər və ya 22% azdır.

"Cebheinfo.az"

Seçilən
1
6
cebheinfo.az

7Mənbələr