AZ

Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb.

Olaylar.az xəbər verir ki, sənəddə əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsinə dair müddəalar da öz əksini tapb.

Bildirilib ki, Tərəflər işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər. Bu məqsədlə əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər.

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın icrası istiqamətində tədbirlər görmək;

dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları vahid tarif cədvəli üzrə ödənilən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılması və məhsuldar əməyin təşviqinə yönəldilmiş əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin formalaşması istiqamətində tədbirlər görmək;

qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;
müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;

təhsil sahəsində səriştə və nəticəəsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılması üzrə mexanizmləri təkmilləşdirmək;

istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair təhlillər aparmaq;
əməyinin ödəniş sistemini cinsindən asılı olmayaraq bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirmək;

minimum istehlak səbətinin hesablanmasına dair məsləhətləşmələr aparmaq;

minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək;
minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaq;
dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməyinin ödənilməsinin dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilməsinin optimal sistemini yaratmaq;

əmək qanunvericiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işləri davam etdirmək.(Trend.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
8
olaylar.az

9Mənbələr