AZ

Qidadan zəhərlənən Oktay Kaynarcanın son vəziyyəti açıqlandı

Qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən məşhur aktyor Oktay Kaynarcanın son vəziyyəti açıqlanıb.

Far.Az xəbər verir ki, hazırda aktyorun həyatı üçün ciddi təhlükə yoxdur və səhhəti hər ötən dəqiqə daha da yaxşılaşır.

Bu barədə aktyorun həkimi məlumat yayıb.

Xatırladaq ki, Oktay Kaynarca səhhətində yaranan narahatlıqdan sonra tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Bu barədə Jurnalist Akif Yaman məlumat yayıb.

Həkimlərin apardığı ilkin müayinələrdən sonra aktyor nəzarət altında saxlanılıb.

Seçilən
11
1
far.az

2Mənbələr