Donald Trump Xi Jinping ilə Pekində keçirdiyi görüş zamanı İranla bağlı münaqişənin həllində yardım istəməyib. ABŞ dövlət katibi Marko Rubio NBC News-a müsahibəsində deyib.
Mayın 14-də Pekində Tramp və Si Cinpin arasında danışıqlar aparılıb. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik müddətindən sonra doqquz il ərzində Çinə ilk səfəri olub.
Məlumata görə, görüş əvvəlcə martın sonuna planlaşdırılsa da, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və ABŞ-İsrail əməliyyatı səbəbindən təxirə salınıb.
Trampı Pekinə amerikalı iş adamlarından ibarət geniş nümayəndə heyəti müşayiət edib. Danışıqlarda İran böhranı və Hörmüz boğazında gəmiçiliyin bərpası əsas mövzulardan biri olub.
Aytac Zeynalova