Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfəri çərçivəsində Qasım Jomart Tokayev ilə Astanada görüşüb...
Poliqon xəbər verir ki, görüş zamanı Türkiyə ilə Qazaxıstan arasında 13 yeni əməkdaşlıq sazişi imzalanıb.
Tokayev Prezident Ərdoğana yeni təsis edilən "Xoca Əhməd Yəsəvi" ordenini təqdim edib. Ərdoğan bu mükafatı Türkiyə və türk xalqına göstərilən böyük ehtiram kimi qiymətləndirib. O, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da güclənəcəyini bildirib.
Birgə mətbuat konfransında çıxış edən Ərdoğan Qazaxıstanın enerji sahəsində Türkiyə üçün mühüm tərəfdaş olduğunu vurğulayıb və Qazaxıstan neftinin Türkiyə üzərindən dünya bazarlarına daşınmasını artırmaq istədiklərini deyib.
Poliqon.info