AZ

Bilgəh yolunda mikroavtobusla Mercedes toqquşub, xəsarət alan var

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "Qaynar xətt"inə daxil olan məlumata görə, hadisə Bilgəh yolu istiqamətində qeydə alınıb.

Belə ki, 144 nömrəli marşrut xətti üzrə hərəkət edən mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
baku.ws

1Mənbələr