Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb ki, paytaxtın Həsən Əliyev küçəsi ilə Tbilisi prospekti kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar istifadəyə verilib.Avtosfer.az-ın məlumatına görə, yeni qurulan və yenilənən svetofor sistemləri vasitəsilə nəqliyyat axınının hərəkət növbəliliyi tənzimlənib, piyadaların təhlükəsiz keçidi üçün daha əlverişli şərait yaradılıb.Bildirilib ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.