AZ

“Ərdoğanın birbaşa dəstəyi sayəsində Türk Dövlətləri Təşkilatı nüfuzlu bir təşkilata çevrilib” - Tokayev

“Türkiyə böyük uğurlar qazanıb və güclü bir dövlətə çevrilib. Biz həmişə türk qardaşlarımıza uğurlar arzulayırıq və qardaş ölkəmizin hər bir uğuruna sevinirik".

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

"Prezident Ərdoğan qlobal siyasətdə ədalət və məsuliyyət prinsiplərini qətiyyətlə müdafiə edən böyük dövlət xadimidir. Sizin "Dünya beşdən böyükdür" tezisiniz hamıya məlumdur. Bu, şübhəsiz ki, beynəlxalq münasibətlər sahəsində bərabərsizliyə qarşı cəsarətli bir bəyanatdır", - deyə siyasətçi vurğulayıb.

Tokayev həmçinin qeyd edib ki, cənab Rəcəb Tayyib Ərdoğanın birbaşa dəstəyi sayəsində Türk Dövlətləri Təşkilatı (TDT) tezliklə nüfuzlu bir təşkilata çevrildi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr