AZ

Metro buna görə ÇƏKİLMİRMİŞ KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı ətrafı ərazilərdə metro stansiyalarının tikilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə Binəqədi, Yeni Günəşli, Xırdalan və Masazır kimi ərazilərə metro xəttinin çəkilib-çəklməyəcəyi ictimaiyyəti daim maraqlandırır.

KONKRET.az bakupostaz-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “ATV Aktual” verilişində bu məsələyə münasibət bildirib.

O bildirib ki, metro ən bahalı infrastruktur layihələrindən biridir və yeni stansiyaların yerləri ciddi təhlillər əsasında müəyyən edilir:

“Əslində biz bu tip suallarla tez-tez qarşılaşırıq. Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm də rahatlığına görə hər kəs onu öz evinin yanında istəyir. Amma nəzərə alsaq ki, digər nəqliyyat növləri ilə müqayisədə metro ən bahalı investisiya tələb edən infrastruktur obyektidir, yeni stansiyaların yerləri müəyyənləşdirilən zaman çox ciddi təhlillər aparılır.

Bakı şəhərinin artıq rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri həmin proqram təminatında əks olunub və perspektivdə olan inkişaf da öz əksini tapıb. Təbii ki, çox yer var ki, inkişaf etdirməliyik, amma bunu mərhələli şəkildə etməyimiz məcburidir. Bütün inkişaf perspektivləri simulyasiya olunur və buna əsasən biz yeni stansiyaların yerlərini müəyyənləşdirməyə çalışırıq”.

Qurum rəhbərinin sözlərinə görə, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər:

“Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”.

V.Aslanov qeyd edib ki, Xırdalan və Masazır istiqamətində metro xəttinin çəkilməsi üçün hazırda uyğun infrastruktur yoxdur:

“Məsələn, Xırdalan, Masazır ilə bağlı çox sual verilir. Lakin yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt fəaliyyət göstərir, amma qısa olduğu üçün çox böyük yük daşımır, sərnişin daşımalarının cəmi 3 faizini təmin edir.

Biz bənövşəyi xətti şəhər mərkəzinə tam inteqrasiya edib uzatdıqdan sonra və onu 3 nöqtədə yaşıl və qırmızı xətlərlə qovşaq halına gətirdikdən sonra Bakı şəhərinin şimal istiqamətindən -Xırdalan, Sumqayıt, Bakı-Şamaxı yolu üzərində yerləşən digər yaşayış massivlərindən gələn sərnişinlər rahatlıqla Xocasən və ya Avtovağzal stansiyasında metroya daxil olub həm bənövşəyi xətt üzrə, həm də keçid stansiyaları vasitəsilə digər istiqamətlərə rahat hərəkət edə bilərlər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
9
konkret.az

10Mənbələr