AZ

"Köçəryan həbsxanada oturmalıdır" - Paşinyan

1 mart 2008-ci il hadisələri ilə bağlı bütün faktlar mövcuddur. “1 mart” işi 100% açılıb.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, Ermənistanın hüquq-mühafizə sistemi sabiq prezident Robert Köçəryanı hüquqi məsuliyyətə cəlb etməlidir, bir sözlə, Robert Köçəryan həbsxanada oturmalıdır: “Günahkarlar cəzalandırılmalıdır. Bütün faktlar var və 1 mart hadisəsinin Robert Koçaryan tərəfindən təşkil edildiyi aydındır və o, birmənalı şəkildə cavab verməlidir".

Paşinyanın sözlərinə görə, AİHM-in qərarında açıq şəkildə bildirilir ki, 1 mart 2008-ci ildə baş verənlər dövlət tərəfindən təşkil olunub və buna cavab verilməlidir: “İnsanlar məndən cavab tələb edirlər və insanlarda elə təəssürat yaranır ki, mən pərdəarxası razılaşmalarda iştirak edərək Robert Köçəryana və Qaqik Tsarukyana indulgensiya paylayıram. Mən deyirəm ki, ədalət bərpa olunmalıdır”.

Seçilən
1
10
redaktor.az

10Mənbələr