AZ

Maştağada ƏMƏLİYYAT – Gizlədilmiş silah-sursat görün harada tapıldı?!

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Ədliyyə Nazirliyindən Bizim.Media-ya məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
25
18
bizim.media

10Mənbələr