
Dünya filminin əfsanəvi isimlərindən olan Ceki Çan Azərbaycana gələcək.
Missiya.Az xəbər verir ki, Ceki Çan "Tanrının Zirehi IV: Ultimatum" filmini Qazaxıstanda çəkəcək.
Bu, ulduzun Orta Asiya regionundakı ilk layihəsi olacaq. Film Ceki Çanın "Asiya Şahini" obrazının hekayəsini davam etdirir.
Bu dəfə o, mükafatı 20 milyon dollardan çox olan "Tumar" adlı qədim bir artefaktın qlobal axtarışına qoşulur.
Məlumata görə, çəkilişlər Qazaxıstanla yanaşı, Azərbaycanda da aparılacaq.
Daşqın HəsənovMissiya.Az