AZ

Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astana, 14 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstanın mənəvi müəllimi Xoca Əhməd Yəsəvinin adını daşıyan xüsusi ordenin ilk laureatı olub.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ordeni Türkiyə liderinə təqdim edib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu ordeni Türkiyə Respublikasına və türk xalqına dərin hörmətinizin əlaməti olaraq qəbul edirəm”.

Türkiyə Prezidenti iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
4
azertag.az

5Mənbələr