AZ

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi RƏSMİ

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

“1 Mart işi bütün detalları ilə açılıb. Hüquq-mühafizə sistemimiz bu işin baş fiquru Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməlidir. Qısası, Robert Koçaryan həbsdə olmalıdır”.Bizim.Media Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.“Ünvanıma səslənən və cavab verməkdə ən çox çətinlik çəkdiyim ittiham budur: insanlar soruşurlar ki, Robert Koçaryan niyə azadlıqdadır?”Onun sözlərinə görə, Köçəryan həbs olunmayana qədər hakimiyyət Ermənistanda ədalətli məhkəmə sisteminin mövcudluğuna heç kəsi inandıra bilməyəcək.Qeyd edək ki, “1 Mart işi” 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar və toqquşmalarla bağlıdır.Müxalifət seçkilərdə saxtakarlıq olduğunu iddia edərək nəticələri tanımayıb. Etiraz aksiyalarına o dövrdə prezidentliyə namizəd olan Levon Ter-Petrosyan rəhbərlik edib.2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib. Hadisələr zamanı rəsmi məlumata görə, 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.Sonrakı illərdə həmin hadisələrlə bağlı cinayət işi açılıb və o dövrdə prezident olmuş Robert Köçəryan konstitusiya quruluşunu devirmək ittihamı ilə istintaqa cəlb olunub.Köçəryan ittihamları siyasi motivli adlandırıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
bizim.media

2Mənbələr