AZ

Tanınmış aparıcı zorlama ittihamı ilə saxlanıldı

Kimliyi açıqlanmayan tanınmış televiziya kulinariya aparıcısı zorlama və seksual xarakterli zorakılıq ittihamları ilə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Məlumata əsasən, şef-aşpaz ötən ay Londondakı evində polisə daxil olan şikayətdən sonra saxlanılıb.

Onun barəsində zorlama, seksual zorakılıq və razılıq olmadan cinsi xarakterli hərəkətlərə məcburetmə ittihamları irəli sürülüb.

Şübhəli Londonun mərkəzində polis idarəsində bir neçə saat dindirildikdən sonra zaminə buraxılıb.

Seçilən
29
publika.az

1Mənbələr