"Show TV"də yayımlanan məşhur türk serialı "Kızılcık şerbeti" mövsüm finalına sayılı günlər qalmış yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumatlara görə, serial 22 may axşamı nümayiş olunacaq 138-ci bölümlə dördüncü sezonunu tamamlayaraq yay fasiləsinə çıxacaq.
Layihədə iki aktyorun serialla vidalaşacağı da dəqiqləşib. Məlumata əsasən, serialda "İlhami" obrazını canlandıran Fatih Gühan və İlhaminin atası "Ülvi" rolunda çıxış edən Hamdi Alkan yeni sezonda heyətdə yer almayacaqlar. Hər iki obrazın hekayəsinin məhz sezon finalı ilə tamamlanacağı bildirilir.
Kulis xəbərlərinə görə, aktyor heyətində dəyişikliklərin bununla məhdudlaşmayacağı, daha bir ayrılıq ehtimalının müzakirə olunduğu iddia edilir. Digər tərəfdən, yeni mövsümdə seriala yeni simaların da qoşulacağı, süjet xəttində ciddi dəyişikliklərin baş verəcəyi deyilir. Mövsüm finalında xüsusilə "Salkım" obrazının ətrafında baş verəcək dramatik hadisələrin yeni sezonun əsas xəttinə təsir edəcəyi qeyd olunur.
Könül
Musavat.com

