AZ

Avropa nəhəngləri arasında Arda Güler və Kenan Yıldız savaşı başladı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Real Madrid"də prezident seçkisinə hazırlaşan və namizədliyini açıqlayan Florentino Peres Kenan Yıldızı Madridə gətirməkdə israrlıdır. İngiltərə nəhəngi “Arsenal” isə Arda Güler üçün 90 milyon avroyu gözdən çıxarıb.Demokrat.az xəbər verir ki, Kenan Yıldız “Yuventus”da, Arda Güler isə “Real Madrid”də bu mövsüm göstərdikləri performansla diqqət mərkəzinə düşüb. Türkiyə millisinin iki gənc ulduzu yay transfer dönəminin ən çox danışılacaq futbolçuları kimi göstərilir.Kenan bu mövsüm 46 rəsmi oyunda 11 qol və 10 assistlə 21 qola birbaşa töhfə verib. Arda Güler isə 50 oyunda 6 qol və 14 assistlə 20 qol iştirakına imza atıb. Yay transfer pəncərəsi hələ açılmasa da, Avropa klubları hər iki futbolçu üçün hərəkətə keçib. Florentino Peresin yeni dönəmdə “Real Madrid”i daha da gücləndirmək üçün Kenan Yıldızı əsas hədəf kimi gördüyü bildirilir. İspaniya klubunda daxili gərginlik və seçki prosesi fonunda Peresin “Real Madrid"i ələ keçirmək istəyənlər var” açıqlaması diqqət çəkib.Arsenal baş məşqçisi Mikel Artetanın Arda Güləri komandasında görmək istədiyi bildirilir. London klubunun 21 yaşlı futbolçu üçün 90 milyon avroya qədər investisiya etməyə hazır olduğu qeyd olunur.İspaniya mətbuatına görə “Arsenal” həm futbolçunu, həm də “Real Madrid”i razı salmaq üçün danışıqları intensivləşdirib.Kenan tərəfi isə “Yuventus”la uzunmüddətli müqavilə imzaladığı üçün klub rəhbərliyi onu saxlamaqda israrlıdır. Buna baxmayaraq “Real Madrid”in Brahim Dias və Qonzalo Qarsiya kimi oyunçular üzərindən mümkün mübadilə planları da gündəmdədir. Transfer yarışının yayda daha da qızışacağı və iki türk ulduzun Avropa futbol bazarının əsas mərkəzinə çevriləcəyi gözlənilir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr