Olaylar xəbər verir ki, 14 may saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi "K1" servis avtobusu 24/7 rejimində "Koroğlu" Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.
WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan "Koroğlu" iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.
"K1" servis avtobusu "Koroğlu" Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin "4A" perronundan hərəkət edir.
Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər. Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.
WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.