Latviyanın Baş naziri Evika Silinya istefa verib.
"Cebheinfo.az" xəbər verir ki, E.Silinya bu barədə qərarını brifinqdə açıqlayıb.
Onunla birlikdə hökumət də istefaya yollanıb.
“İstefa verirəm, lakin təslim olmuram və getmirəm. Mən və “Yeni Birlik” Latviya xalqına verdiyimiz vədimizi yerinə yetirməyə davam edəcəyik”, - deyə Silinya bildirib.
O, həmçinin rəqiblərini “siyasi paxıllıqda və dair partiya maraqlarında” ittiham edir: “Müdafiə naziri postuna güclü namizəd görən siyasətçilər hökumət böhranını seçdilər”.
"Cebheinfo.az"