AZ

Vens Trampın Çin səfəri zamanı özünü “Evdə tək” filmindəki qəhrəmanla müqayis edib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, ABŞ prezidenti Donald Tramp Çin səfərində olduğu vaxtlarda özünü “Evdə tək” filmindəki Kevin Makkalister kimi hiss edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens jurnalistlərə bildirib.

"Mən prezidentlə birgə səfər etmirəm. Belə günlərdə özümü Makole Kalkinin canlandırdığı Kevin Makkalister obrazı kimi hiss edirəm. Ağ Evin içərisinə girirəm və orada heç kim yoxdur, sanki ölü səssizlikdir. Nə baş verdiyini anlamağa bir qədər vaxt lazımdır", - deyə o qeyd edib

Trampın komandası hazırda onunla birlikdə Pekindədir. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent və ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri daxildir.

ABŞ prezidenti Çin səfərində 15 may tarixinədək qalacaq. Səfərin məqsədi ticarət-iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını yumşaltmaq və aradan qaldırmaq, həmçinin ABŞ-İran konflikti də daxil olmaqla qlobal problemlər üzrə mövqeləri koordinasiya etməkdir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
icma.az

1Mənbələr