Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,92% azalaraq 2,65 trilyon ABŞ dollarına düşüb.
Publika.az fed.az-a istinadən xəbər verir ki, CoinMarketCap platformasında bazarın aparıcı kriptovalyutası olan “Bitcoin”in (“BTC”) qiyməti son 24 saatda 1,70% azalaraq 79 668 ABŞ dollarına, “Ethereum”un (“ETH”) qiyməti isə 1,58% azalaraq 2 263 ABŞ dollarına enib.
Qızılın qiymətinə bağlı olan rəqəmsal aktivlər də cüzi geriləyib. “PAX Gold”un (“PAXG”) qiyməti 0,09% azalaraq 4 688 ABŞ dollarına, “Tether Gold”un (“XAUt”) qiyməti isə 0,16% azalaraq 4 687 ABŞ dollarına düşüb.
Digər iri kriptovalyutalardan BNB-nin qiyməti 1,61% azalaraq 668,7 ABŞ dolları, “Zcash”in (“ZEC”) qiyməti 5,22% azalaraq 527,9 ABŞ dolları, “Bitcoin Cash”in (“BCH”) qiyməti 1,95% azalaraq 433,8 ABŞ dolları, “Monero”nun (“XMR”) qiyməti 3,27% azalaraq 399,9 ABŞ dolları, “Bittensor”un (“TAO”) qiyməti isə 3,78% azalaraq 295,8 ABŞ dolları olub.