AZ

Çin İran münaqişəsindən öz mövqeyini gücləndirmək üçün istifadə edir İDDİA

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Hərbi kəşfiyyatdan iddia: Çin Vaşinqton üzərində hərbi, iqtisadi və diplomatik üstünlüyünü artırmaq üçün münaqişədən istifadə edir

ABŞ hərbi kəşfiyyatı hesab edir ki, Çin Vaşinqton üzərində hərbi, iqtisadi və diplomatik üstünlüyünü artırmaq üçün İran münaqişəsindən istifadə edir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məxfi kəşfiyyat hesabatını nəzərdən keçirən mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Pekinə səfərindən əvvəl kəşfiyyat agentliyi tərəfindən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin ofisində hazırlanmış sənəd Vaşinqtonun Tehranla qarşıdurmaya görə ödədiyi geosiyasi qiymətlə bağlı "Pentaqonda narahatlıq yaradıb".

Qəzetin məlumatına görə, sənəddə ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra Çinin "Fars körfəzindəki ABŞ müttəfiqlərinə silah satdığı" və Hörmüz boğazının bağlanmasından sonra "dünyadakı enerji ehtiyaclarını ödəməkdə çətinlik çəkən ölkələrə yardım göstərdiyi" qənaətinə gəlinir.

Nəşrin məlumatına görə, hesabatda qeyd olunub ki, müharibə həmçinin "Tayvan üzərində Çinlə potensial qarşıdurma halında" çox vacib olacaq böyük Amerika silah ehtiyatlarını da tükəndirib.

Məlumatda qeyd olunub ki, Yaxın Şərqdəki Amerika hərbi texnikasına və obyektlərinə ciddi ziyan vuran İrana qarşı münaqişə Pekinə ABŞ-ın necə müharibə apardığını müşahidə etməyə və gələcək əməliyyatlarını planlaşdırmaq üçün dərslər çıxarmağa imkan verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
3
ayna.az

4Mənbələr