AZ

Dima Al Khatib: Vətəndaş cəmiyyəti Cənub Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmazdır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Builki Baş Assambleya xüsusilə əhəmiyyətlidir. Forum çərçivəsində platformanın fəaliyyətlərinə qoşulmağı və Bakıda bir çoxunuzla birbaşa görüşməyi səbirsizliklə gözləyirəm. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi olaraq biz, vətəndaş cəmiyyətinin Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmaz olduğuna tam inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştrakçılarına videomüraciətində deyib.

Tədbirin ortaq, mürəkkəb və bir-biri ilə bağlı davamlı inkişaf çağırışlarına cavab vermək üçün vacib platforma olduğunu qeyd edən Dima Al-Khatib QHT-lərin etibarlı əlaqələr və praktik yeniliklər gətirdiyini deyib.

"Onlar həlləri real təsirə çevirərək icma səviyyəli təcrübəni regional və qlobal əməkdaşlıq çərçivələri ilə birləşdirirlər. Bu, xüsusilə şəhər dayanıqlığı, iqlim dəyişikliyi və bərabərsizlik kimi çağırışlarla mübarizədə kritik əhəmiyyət kəsb edir",- deyə o əlavə edib.

Müxbirlər – Tərgül Babayeva, Leyla Muradzadə

Foroqraf - Tofiq Babayev

Operator - Namiq Abdullayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr