ain.az bildirir, Cebheinfo portalına istinadən.
“İranla bağlı heç bir problemin hərbi həlli yoxdur”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin toplantısında çıxışı zamanı regional və beynəlxalq proseslər, eləcə də İranın BRICS ilə münasibətləri barədə danışarkən deyib.
O bildirib ki, İran həm azadlığını və ərazi bütövlüyünü qorumaq üçün malik olduğu bütün imkanlarla mübarizə aparmağa, həm də diplomatiyanı davam etdirməyə hazırdır.
Heç bir təzyiq və təhdidə boyun əymədiklərini vurğulayan Əraqçi əlavə edib:
“Dəfələrlə qeyd etdiyim kimi, İranla bağlı heç bir problemin hərbi həlli ola bilməz”.Əraqçi sülhsevər İran xalqının müharibə istəmədiyini, lakin silahlı qüvvələrin “xarici təcavüzkarlara qarşı dağıdıcı cavab verməyə daim hazır olduğunu” bildirib.
ABŞ və İsrailin hücumları qarşısında İranın təcavüzkar deyil, zərərçəkən tərəf olduğunu müdafiə edən Əraqçi digər ölkələrin də oxşar təzyiqlərlə üzləşdiyini qeyd edib.
Əraqçi bu cür təzyiqlərin “tarixin zibilliyinə göndərilməsi” üçün birlikdə hərəkət etməyin vaxtının çatdığını deyərək bildirib:
“Beynəlxalq hüququn pozulması və açıq dənizlərdə dövlət piratçılığı kimi cinayətlərə Qərbin susqun qalması yalnız cəzasızlıq mühiti olduqda mümkündür. Bu yanlış vəziyyət hamımız tərəfindən aradan qaldırılmalıdır”.
Əraqçi BRICS üzvü olan ölkələri və beynəlxalq ictimaiyyəti ABŞ və İsrailin İrana qarşı “qanunsuz təcavüzünü” açıq şəkildə qınamağa çağırıb:
“İran BRICS üzvlərini və beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərini beynəlxalq hüququn pozulmasını açıq şəkildə qınamağa, beynəlxalq institutların siyasiləşdirilməsinin qarşısını almağa və müharibə təhrikçiliyini dayandırmaq üçün konkret addımlar atmağa çağırır”.
İranın xarici işlər naziri gücün haqlılıq yaratmadığı yeni dünya nizamına ehtiyac olduğunu vurğulayaraq deyib:
“Biz inanırıq ki, BRICS daha ədalətli, balanslı və humanist qlobal nizamın formalaşmasında əsas sütunlardan biri ola və olmalıdır”.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.