
“Rusiya vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-yə ekstradisiya olunmaq riskini unutmamalıdırlar”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Çoxtərəfli İnsan Hüquqları Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukiyantsev məlumat verib.
“Təkcə Avropa İttifaqında deyil, həm də daha geniş kontekstdə bir çox dövlətlərin insanların təhvil verilməsi və ekstradisiyası ilə bağlı müəyyən öhdəlikləri var. Bütün bunlar insanların xaricə səyahət edərkən üzləşə biləcəyi riskləri qiymətləndirərkən nəzərə alınmalıdır”, - deyə siyasətçi vurğulayıb.
Lukiyantsev bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının hara səyahət edə biləcəyinə və hara səyahət edə bilməyəcəyinə qərar vermir. Nazirlik yalnız Rusiya vətəndaşlarının Amerika və ya Avropa hakimiyyəti ilə problemləri ola biləcəyinə inandıqları təqdirdə müəyyən ölkələrə səfər etməməyi məsləhət görə bilər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumatlara görə, ABŞ-nin tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.
Daşıqn HəsənovMissiya.Az