AZ

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.

AFN.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Seçilən
17
44
afn.az

10Mənbələr