Azərbaycan Texnologiya Universitetinin professoru dünyasını dəyişib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, professor, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov vəfat edib. pizza
Qeyd edək ki, Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının sabiq professoru Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə başlayıb, baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb.
Aytac Əliyeva
Telegram kanalımız