
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, Nərmin Hikmət qızı Kərimova Tarix fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə lll kurs tələbəsi olub. Universitet rəhbərliyi və kollektivi tələbənin vaxtsız vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!