AZ

GSNP Qoşulmama Hərəkatının QHT qanadına çevrilə bilər

QHT.az bildirir ki, UNITAR-ın Məşvərət Komissiyasının prezidenti, Yaşlanma və Uzunömürlülük üzrə Qlobal Təşəbbüsün rəhbəri, Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos GSNP Baş Assamleyasında təşkilatın Qoşulmama Hərəkatının QHT qanadına çevrilməsini təklif edib: “Mən Cənubi Afrika, Malayziya və Əlcəzairdə keçirilən üç Qoşulmama Hərəkatı Zirvə Toplantısında Siyasi Komitənin sədri vəzifəsində çalışmışam. Qoşulmama Hərəkatı xalqların ikiqütblü və ya çoxqütblü qarşıdurmalardan asılı olmayaraq, birgə mövqedən çıxış edə bilməsi üçün yaradılmışdır. Sülh, rifah və insan hüquqlarının yolunu tapmalı olduğumuza inananlar üçün Qoşulmama Hərəkatı vacib bir səydir. Bakıda görüşdüyümüz və dünyamızın üzləşdiyi reallıqlara dair müzakirə apardığımız üçün GSNP-nin Qoşulmama Hərəkatının QHT şəbəkəsinə çevrilmə ehtimalını araşdırmağı təklif etmək istərdim. Bilirəm ki, bu təşəbbüs müvafiq təsdiq üçün Qoşulmama Hərəkatının İclaslarına çıxarılmalıdır”.

Seçilən
82
qht.az

1Mənbələr