AZ

Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin olunmalıdır

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni baxımdan və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.

“Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri tam və hərtərəfli anlayır. Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır”, - Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib: “Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər”.

Hikmət Hacıyev Qlobal Cənubun dünya nizamının formalaşdırılmasında rolunun məhdudlaşdırıldığına diqqət çəkib.

Seçilən
20
9
aznews.az

10Mənbələr