AZ

Muxtar Babayev: Qlobal Cənub QHT Platforması fəaliyyət üçün bir qüvvədir

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında dialoqun, çoxtərəfli əməkdaşlığın və daha güclü tərəfdaşlığın təşviqinə davamlı dəstək verir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimində deyib.

O bildirib ki, bugünkü toplantı yalnız institusional mərhələ deyil, eyni zamanda Azərbaycanda formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamıdır.

Muxtar Babayevin sözlərinə görə, Qlobal Cənub QHT Platformasının Bakıda yaradılması Azərbaycanın Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktik fəaliyyət üçün inklüziv beynəlxalq platformaların formalaşdırılması istiqamətində davamlı öhdəliyinin göstəricisidir: “Bu platforma sadəcə dialoq məkanı deyil, həm də fəaliyyət üçün bir qüvvədir”.

Muxtar Babayev xatırladıb ki, 2024-cü ildə COP29 öncəsi QHT və vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirilən görüşdə iqlim fəaliyyətinin güclü ictimai iştirak, vətəndaş fəallığı və sosial məsuliyyət olmadan uğur qazana bilməyəcəyi vurğulanıb.

Prezidentin nümayəndəsi qeyd edib ki, COP29 çərçivəsində əsas qərarların uğurla qəbul olunmasında da QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin fəal və konstruktiv iştirakı mühüm rol oynayıb.

“Biz elə bir dövrdə yaşayırıq ki, iqlim dəyişikliyinin mənfi təsirləri cəmiyyətə getdikcə daha çox təsir göstərir”, – o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
2
icma.az

4Mənbələr