AZ

Faktiki Hava

Mayın 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 mm-dir. Toyuqlu pizza

Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 mm saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.


Telegram kanalımız
Seçilən
24
35
yenisabah.az

8Mənbələr