AZ

Rusiya millisinin üzvü PSJ-də tarixə düşdü

BAKI, 14 may. TELEQRAF

PSJ Fransa çempionatında növbəti qələbəsini qazanaraq çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. Paris təmsilçisi “Lans”la görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Matçda PSJ-nin qapıçısı Matvey Safonov xüsusi performansı ilə diqqət çəkib. Rusiya millisinin üzvü rəqibin qapı çərçivəsinə ünvanladığı 8 zərbənin hamısını dəf edib və görüşün ən yaxşı futbolçusu seçilib.

Teleqraf “Opta”ya istinadla xəbər verir ki, bu, son 8 ildə PSJ qapıçısının bir oyunda 8 və ya daha çox zərbəni dəf edərək qol buraxmadığı 5-ci haldır. Safonov isə bunu bir mövsümdə iki dəfə bacaran ilk PSJ qapıçısı olub.

O, daha əvvəl mart ayında Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və PSJ-nin 3:0 hesabı ilə qalib gəldiyi matçda 9 seyvlə yadda qalmışdı.

Qeyd edək ki, PSJ tarixində daha əvvəl Canluici Donnarumma, Keylor Navas və Alfons Areola da bir matçda 8 və ya daha çox seyvlə fərqləniblər.

Seçilən
16
teleqraf.com

1Mənbələr